• "Neque porro quisquam est qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit..."
  • “Əzabı sevən, axtaran və ona sahib olmaq istəyən heç kimsə yoxdur. Səbəbi sadədir. Çünki o, əzabdır...”
  • Lorem Ipsum nədir?

    Lorem İpsum – dizayn nəşrlərində istifadə olunan düzgün olmayan mətndir. Dəqiq quruluşa malik olmayan bu mətn latincada hələ XVI əsrdə öz qəlib formasını almışdır. Həmin zamanlarda naməlum bir çapçı Lorem Ipsum`dan istifadə edərək müxtəlif ölçü və formalarda şriftlər kolleksiyası yaratdı və öz nümunələrini çap elədi. Loprem Ipsum əsaslı dəyişikliklərə məruz qalmadan beş əsr yaşadı, hətta bu gün elektron və çap resurslarında öz yerini tutdu. 1960-cı illərdə Letraset vərəqlərinin Lorem Ipsum nümunələri ilə çap olunması onu bizim dövrümüzdə məşhurlaşdırdı. Son zamanlarda da “Aldus PageMarker” proqramının elektron versiyasında Lorem Ipsum qəliblərinə rast gəlmək olar.

    Niyə istifadə edirik?

    Dizaynın qiymətləndirilməsində, oxunan mətnin quruluşu oxucunun diqqətini yayındırması bir həqiqətdir. Lorem Ipsum istifadə etmənin əsas məqsədi odur ki, “bura mətn gələcək, bura mətn gələcək” yazmaq əvəzinə, oxucunun diqqətini təkrarlanmayan və qeyri standart mətnlə yayındırmamaqdır. İndi bir çox proqramların elektron versiyalarında və elektron səhifə redaktorlarının işlərində Lorem Ipsumdan istifadə edilir. Lorem Ipsum açar sözlər ilə mətn axtarıldığında, hələ nə qədər elektron resursların həyatlarının başlanğıcının şahidi oluruq. Bu illər ərzində Lorem Ipsumun müxtəlif variantları yaranmışdır. Bəzi versiyalar səhv nəticəsində, bəziləri isə bilərəkdən (yumorlu variantlar) yaranmışdır.

    Hardan gəlir?

    Çoxları düşünür ki, Lorem Ipsum latıncadan təsadüfü seçilmiş sözcüklərdən ibarətdir, amma bu belə deyil. Onun bizim eramızdan qabaq 45-ci il tarixinə – klassik Latın ədəbiyyatına qədər uzanan 2000 illik bir keçmişi vardır. Virginia ştatında Hampden-Sydney kollecinin latin dili üzrə professoru Richard McClintock lorem Ipsumun qəribə və anlaşılması çətinlik törədən “consectetur” sözünü götürərək klassik latın ədəbiyyatında onun köklərini axtarmağa başlamışdır. Bu zaman mübahisəsiz qəbul olunan bir qaynağa təsadüf etmişdir. Bu qaynaq eramızdan əvvəl 45-ci ildə Çiçero tərəfindən yazılan “de Finibus Bonorum et Malorum” (Xeyir və Şərin sərhədləri) əsərinin 1.10.32 və 1.10.33 bölmələrində yerləşir. Bu traktat əxlaqi mazmunlu olub, intibah dövründə çox məşhur olmuşdur. Lorem Ipsumun ilk sətri “Lorem ıpsum doler sit amet” əsərin 1.10.32 saylı sətirlərindən birində yerləşməkdədir. XVI əsrdən bəri istifadə olunan klassik Lorem Ipsum mətnləri yenidən tərcümə olunmuşdur. Həmçinin Çiçeronun “de Finibus Bonorum et Malorum” əsərinin 1.10.32 və 1.10.33-cü bölmələri 1914-cü ildə H. Rackham tərəfindən ingiliscəyə tərcümə olunmuşdur.

    Hardan əldə edək?

    Lorem Ipsumun bir çox varyantları vardır. Lakin bunlar bilərəkdən və ya səhv olaraq dəyişdirilmişdir. Əgər ciddi bir layihə üçün sizə Lorem Ipsum lazımdırsa, yəqin abzasın ortasında gizlədilmiş hər hansı bir zarafata rast gəlmək istəməzsiniz. İnternetdəki bütün məşhur Lorem Ipsum istifadəçiləri yalnız bir mətndən istifadə edir, sadəcə olaraq onu təkrarlayır. Bu da onları əsl Lorem Ipsum mətnlərinin istifadəçisi və yayıcısı edir. Həmin istifadəçilər, 200-dən çox latınca söz və həmin sözlərdən düzəldilmiş cümlələrdən istifadə edir. Belə qurulmuş Lorem Ipsum mətnləri təkrar olunan abzaslardan və şit sözlərdən təmizlənmiş olur.